https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Valverde sükutu pozdu

Valverde sükutu pozdu

"Real"ın futbolçusu Federiko Valverde La Liqanın son oyunlarında olan hakimlərin mübahisəli qərarları ilə bağlı fikirlərini bölüşüb. 

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: 

"Mən azarkeşlər üçün aydınlıq gətirmək istəyirəm. Bu gün keçirilən mətbuat konfransında ona görə hakimliklə bağlı danışmadım ki, özümü tanıyıram və sabaha köklənmişəm. Bütün dünya gördü ki, "Real"la La Liqada nələr baş verdi... Mən bunu yaddan çıxarmamışam və klubu qorumaq üçün əlimdən gələni edəcəyəm. Necə ki həmişə edirəm. "Real"ın kapitanı olmaq böyük şərəfdir, böyük qürurdur. Bütün kapitanlardan hər gün nəsə öyrənməyə və bu klubda daha çox hörmət qazanmağa çalışıram". 

Qeyd edək ki, "Real" sabah öz meydanlarında Çempionlar Liqasında "Mançester Siti" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.