https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
search
25 İyul 2026
24 İyul 2026

Azərbaycan təmsilçisi "Qalatasaray"ın pley-off oyununda

Azərbaycan təmsilçisi "Qalatasaray"ın pley-off oyununda

"Fənərbaxça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"Qalatasaray" - "AZ Alkmaar" oyununu (ilk görüş - 1:4) ingiltərəli hakimlər idarə edəcəklər. Referi Entoni Teylorun köməkçiləri Qeri Besvik və Yan Hussin olacaq. Dördüncü hakim funksiyasını Sem Barrot yerinə yetirəcək. VAR Darren İnqlendə (Portuqaliya), AVAR isə Stuard Etvellə (İspaniya) həvalə olunub.

Bu görüşə UEFA nümayəndəsi kimi Azərbaycan təmsilçisi Orxan Hüseynzadə də təyinat alıb.

"Anderlext" - "Fənərbaxça" matçı (ilk oyun - 0:3) İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Referi Sandro Şererə yan xətt hakimləri kimi Stefan de Almeyda və Yonas Erni köməklik göstərəcəklər. Dördüncü hakim Luka Çibelli olacaq. VAR Lukas Fendrixə, AVAR isə Lionel Çudiyə  etibar edilib.

Hər iki görüş fevralın 20-də keçiriləcək. "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də, Anderlext" - "Fənərbaxça" matçı isə saat 00:00-da başlayacaq. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.