https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
search
25 İyul 2026
24 İyul 2026

"Real" Bellinqemə görə etiraz edəcək

"Real" Bellinqemə görə etiraz edəcək

"Real" yarımmüdafiəçisi Cud Bellinqemin 2 oyunluq diskvalifikasiya olunmasına etiraz edəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərəli futbolçu İspaniya La Liqasının 24-cü turunun “Osasuna” matçında hakiminin ünvanına nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə almışdı. O, bu səbəbdən 2 oyunluq diskvalifikasiya olunmuşdu.

"Real" isə qərarla razı deyil. Klub məsələyə baxılması üçün İspaniya Kral Futbol Federasiyasına şikayət edəcək.

Qeyd edək ki, federasiya Bellinqhemi meydandan qovan hakim Xose Munuera Montero ilə bağlı rəsmi araşdırmaya başlayıb. Araşdırma Montero tərəfindən təsis edilmiş konsaltinq şirkətini hədəf alıb. Hakim idman prinsiplərini pozmaqda şübhəli bilinir. Monteroya qarşı iş açılsa, o, 100 min avro cərimə və 5 ilədək diskvalifikasiya şəklində sanksiyalarla üzləşə bilər. La Liqa və UEFA istintaq sonlananadək müvəqqəti olaraq referiyə təyinat verməyəcək.

Qeyd edək ki, Bellinqem cari mövsümdə "Real" forması ilə 34 oyun keçirib, 11 qol vurub və 10 qolun ötürməsini verib

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.