https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/395246_acog1fjasj.png “Yay tətili artıq istirahətdən çox sosial təzyiqə çevrilir” - VİDEO
https://525.az/img/pics/medium/2026-06/395216_l2x21vx40i.jpg Həzin nəğmələrin və zərif duyğuların şairi - Nigar Rəfibəyli
search
23 İyun 2026

İstanbul derbisinin əcnəbi hakimləri açıqlandı

İstanbul derbisinin əcnəbi hakimləri açıqlandı

Türkiyə çempionatının 25-ci turunda keçiriləcək “Qalatasaray” - “Fənərbaxça” derbisinin hakimləri dəqiqləşib.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Oyunun referisi sloveniyalı Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri qismində Tomas Klançnik və Andraz Kovaçiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək. 

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Qalatasaray” hazırda turnir cədvəlində 63 xalla 1-ci, “Fənərbaxça” isə 57 xalla 2-cidir. 

Xatırladaq ki, bir müddətdir İstanbul derbisini yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi müzakirə olunurdu. Ötən gün Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu baş hakimin adını açıqlamasa da, oyunun tanınmış bir referiyə həvalə olunacağını bildirmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.