https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/395246_acog1fjasj.png “Yay tətili artıq istirahətdən çox sosial təzyiqə çevrilir” - VİDEO
https://525.az/img/pics/medium/2026-06/395216_l2x21vx40i.jpg Həzin nəğmələrin və zərif duyğuların şairi - Nigar Rəfibəyli
search
23 İyun 2026

Ançelottidən Arda Güler açıqlaması

Ançelottidən Arda Güler açıqlaması

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis son 5 matçda oyun şansı almayan 19 yaşlı yarımmüdafiəçinin zamana ehtiyacının olduğunu deyib: 

"Bu, onnun və bütün gənc futbolçular üçün bir prosedurdur. Rodriqo, Valverde və Vinisius da eyni şeyi yaşayıb. Arda Gülerlə bağlı xüsusi bir məsələ yoxdur. Dünyanın ən yaxşı komandalarından birinin bir parçası olmaq üçün zamana ehtiyacı var və hər kəs bunu başa düşür. Anlamayanlar da anlamaq məcburiyyətindədirlər. Arda yaxşıdır və oynamağa hazırdır".

Qeyd edək ki, daha öncə mətbuatda Arda Gülerin ehtiyat oyunçular arasında qalmaqdan narazı olduğu ilə bağlı xəbərlər yayılmışdı. O, "Real"a 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer olunub və bu müddət ərzində 40 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.