https://525.az/img/pics/medium/2026-06/395522_s4z3xzgxvo.jpg “525-ci qəzet”in 26 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-03/386123_jkw6mq0dxd.jpg Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/395442_iv5fnhq39q.jpg Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269,45 litr qan toplanıb - YENİLƏNİB
https://525.az/img/pics/medium/2026-06/395415_e62vkxxqpj.jpg Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
search
25 İyun 2026

Beynəlxalq şahmat turnirinin açılışı oldu

Beynəlxalq şahmat turnirinin açılışı oldu

Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

525.az Sportnet.az-a istinadən xəbər verir ki, "Landmark"da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra çıxış üçün söz Milli Məclisin deputatı Arzu Nağıyeva verilib. Yarış iştirakçılarına salamlayan siyasi xadim bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb. O, Qənirə Paşayevanın fəaliyyət dövrü ərzində şərəflə xalqına xidmət etdiyini xatırladıb.

Ardınca çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıb, gördüyü işlərdən bəhs edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağon turnirin ənənəvi hal almasının sevindirici hal olduğunu söyləyib.

Çıxış edənlər arasında yer alan Qənirə Paşayevanın anası Tehran Paşayeva isə yarışın təşkilatçılarına öz minnətdarlığını bildirib.

Ardınca martın 6-dək davam edəcək  yarışın püşkatma mərasimi reallaşıb.

Qeyd edək ki,  Azərbaycanı turnirdə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.

Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq. Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.