|
|
|
|

Braziliyanın Santa-Katarina ştatının Palyos əyalətində ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, etanol daşıyan yük avtomobilinin aşması nəticəsində yanıcı maddə ətrafa dağılıb.
Aşan avtomobildə baş verən yanğın qısa zamanda daha 26 nəqliyyat vasitəsinə keçib. Nəticədə 24 minik, 3 yük avtomobili tamamilə yanıb.
Hadisə zamanı ölən olmayıb. 1 qadın və 1 kişi yanıq xəsarətləri, daha 5 nəfər isə travmalarla xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, dəhşətli qəza yolda hərəkəti iflic edib, 14 kilometrlik tıxac yaranıb.
L.Tağıyeva



