|
|
|
|

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada keçən il 2,8 milyon insanın internetdən ümumiyyətlə istifadə etmədiyi bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsi ilə bağlı 2024-cü ilin məlumatlarını açıqlayıb.
Müvafiq olaraq, ötən il Almaniyada 16-74 yaşlı insanların 4 faizi ümumiyyətlə internetdən istifadə etməyib. Bu göstərici ölkədə təxminən 2,8 milyon insana uyğundur.
Destatis açıqlamasında "Gündəlik təyin etmək, bilet sifariş etmək və ya pul köçürmək kimi bir çox xidmətlər indi (demək olar) yalnız onlayn rejimdə mövcud olduğu üçün internet olmadan gündəlik həyatı davam etdirmək getdikcə çətinləşir" deyib.
Almaniyada keçən il internetdən ümumiyyətlə istifadə etməyənlərin ən yüksək nisbəti 12 faiz ilə 65-74 yaş qrupunda görülüb. 45-64 yaş qrupunda bu nisbətin 4 faiz olduğu aşkar edilərkən, 16-44 yaş qrupunda cəmi 2 faiz olmuşdur.
Müqayisə üçün qeyd edək ki, Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, keçən il Avropa İttifaqında internetdən istifadə etməyən insanların orta sayı 5 faiz olaraq açıqlanıb. Digər tərəfdən Aİ üzvləri arasında ciddi fərqlərin olması da diqqət çəkir.
Hollandiya və İsveçdə 16-74 yaş arası insanların 1 faizdən azı heç vaxt internetdən istifadə etmədiklərini desələr də, Xorvatiyada bu nisbət 14 faiz, Yunanıstanda isə 11 faiz olub.
Həmçinin qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatlarına görə, keçən il dünya əhalisinin demək olar ki, üçdə biri (32 faiz, təxminən 2,6 milyard nəfər) oflayn olub.
Malik Atilay



