|
|
|
|

Çin hökuməti tariflərin artırılması ilə bağlı iki ölkə arasında gərginliyin artması fonunda öz vətəndaşlarına ABŞ-yə səfər edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
525.az xarici mediaya əsasən xəbər verir ki, "Çin və ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti səbəbindən çinli turistlər ABŞ-yə səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar", - Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında deyilib.
ABŞ-nin Ohayo ştatında Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsinə Çin Təhsil Nazirliyi də; "Biz xaricdəki tələbələrə xatırladırıq ki, ABŞ-də həmin ştatda təhsil almağı seçərkən təhlükəsizlik riski qiymətləndirməsi aparsınlar", - deyə o, çinli tələbələri diqqətli olmağa səsləyib.
Qeyd edək ki, Ohayo ştatının Nümayəndələr Palatasında müzakirə edilən və qəbul edilən qanun layihəsi dövlət maliyyəsi alan universitetlərdən Çinin fəaliyyətinə istinad edərək “xarici təsirləri məhdudlaşdırmaq üçün tədbirlər görməyi” tələb edib.
Malik Atilay



