https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
search
25 İyul 2026
24 İyul 2026

U-21 millimiz 2 yoxlama oyunu keçirəcək

U-21 millimiz 2 yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Millimiz əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşünün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcəyi bildirilib.

U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.