https://525.az/img/pics/medium/2026-06/395366_7xbti4135c.jpg Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/395246_acog1fjasj.png “Yay tətili artıq istirahətdən çox sosial təzyiqə çevrilir” - VİDEO
search
24 İyun 2026

Millimizin ilkin heyəti bəlli oldu

Millimizin ilkin heyəti bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

525.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. “Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Həbib Hüşənov ("Qəbələ"), Səlim Həşimov ("Zirə"), Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Mingəçevir"), Nadir Orucov ("Sumqayıt"), Amin Rzayev ("Qarabağ"), İbrahim Ramazanov ("Qəbələ"), Ayxan Süleymanlı ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Sənan Muradlı ("Sumqayıt"), Nuğay Rəşidov ("Qəbələ"), Rüfət Abbasov ("Şamaxı"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), İbrahim Hacı ("Qarabağ"), Dinamin Bağırov ("Turan Tovuz"), Elcan Əbilov ("Neftçi"), Şahin İbrahimov ("Sabah"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə), Edqar Adilxanov ("Şamaxı"), Emil Süleymanov ("Qəbələ"), Oruc Məmmədov ("Səbail"), Elcat Məmmədov ("Baltika", Rusiya), Sadiq Baqiyev ("SKA Xabarovsk", Rusiya), Sadiq Şəfiyev ("Kəpəz"), Nihat Mehrəliyev ("Qarabağ"), Ağadadaş Salyanskiy ("Neftçi")

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.