https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan millisi 1/4 finala adladı

Azərbaycan millisi 1/4 finala adladı

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayıb.

525.az xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub. Onlardan 3-ü artıq başa çatıb. 

A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi və son dünya çempionu olan Rumıniya ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan millimiz (2:1) turnirin 1/4 finalına adlayıb. 

Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). 

Dünya çempionatı

1/8 final

27 may

17:30. İngiltərə - Bolqarıstan - 2:2, pen - 3:1 

19:00. Portuqaliya - Macarıstan - 2:3

20:30. Azərbaycan - Rumıniya - 1:1, pen - 2:1 

22:00. Fransa - Mavritaniya

Qedy edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.