https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
search
27 İyul 2026
26 İyul 2026
25 İyul 2026

Benziadan “Qarabağ”a vida mesajı

Benziadan “Qarabağ”a vida mesajı

“Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm”.

QOL.az xəbər verir ki, bu sözlər “Qarabağ”la yollarını ayıran Yassin Benziaya məxsusdur.

Əlcəzair millisinin 30 yaşlı yarımmüdafiəçisi İnstaqramda “Qarabağ”a vida paylaşımında həmçinin yazıb:

“Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq… Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız”.

Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. O, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.