Daxili İşlər Nazirliyi Bakıda futbol hakiminin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
525.az-ın DİN-nin mətbuat xidmətinə istinadən məlumatına görə, Yanvarın 5-də saat 11 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakinləri İxtiyar Həsənovun və Xəlil Hüseynlinin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. X.Hüseynli hadisə yerində ölüb, İ.Həsənov isə xəstəxanaya yerləşdirilib