
Ryazan vilayətində zavodların birində güclü partlayış olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 10:30 baş verib.
"Elastik" zavodunun barıt sexində başlayan yanğın güclü partlayışa səbəb olub. Nəticədə 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yanğını söndürmək üçün əraziyə çox sayda xilasedici və 28 müxtəlif texnika cəlb edilib. Ryazanın qubernatoru Pavel Malkov vilayət səviyyəsində fövqəladə vəziyyət elan edib, operativ qərargah yaradılıb.
Qeyd edək ki, partlayışa ilkin səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilir.
L.Tağıyeva



