
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian İrəvanda keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıblar.
525.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ri məlumat yayıb.
Tərəflər, eyni zamanda Ermənistan və İran Xarici İşlər nazirlikləri arasında 2025-2027-ci illər üçün anlaşma memorandumu, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə, tibbi məhsulların istehsalının tənzimləməsi, həmçinin muzeylər, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında sənədlər imzalayıblar.
Pərvanə Sultanova



