
“Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqına eyni vaxtda üzvlük mümkün deyil, ona görə də İrəvan sonda müvafiq qərar qəbul edəcək”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
"Biz başa düşürük ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlük mümkün deyil. Seçim üçün qaçılmaz an gələndə biz müvafiq qərar qəbul edəcəyik", - o söyləyib.
Paşinyanın sözlərinə görə, istənilən ssenari mümkündür: “Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən, danışıqların nəticələrindən asılıdır”.
Pərvanə Sultanova



