
Radom hava limanı yaxınlığında hazırlıq uçuşu zamanı F-16 qırıcısı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı təyyarə alışıb, pilot həlak olub.
Hadisə 30-31 avqustda Radomda keçiriləcək beynəlxalq aviasərgiyə hazırlıq zamanı baş verib. Yerə yaxın məsafədə idarəetməni itirən pilot həm özünün, həm də təyyarənin məhvinə səbəb olub. Hadisə yerinə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış baş çəkib.
Radom aviasərgisində 20 ölkədən 150-dən çox təyyarənin iştirakı gözlənilirdi. Son anda təşkilat komitəsi qəza ilə əlaqədar sərgini təxirə salıb.
Qeyd edək ki, bu, ənənəvi Radom aviasərgisində ilk qəza deyil. 2009-cu ildə şou zamanı Belarusa məxsus Su-27 qırıcısı qəzaya uğramış, 2 pilot həlak olmuşdu. Bundan 2 il əvvəl isə 2 kiçik mühərrikli təyyarə havada ikən toqquşmuşdu.
L.Tağıyeva



