
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərini təhlükəli döyüş zonası elan edib.
525.az xəbər verir ki, bu barədə ordunun “X” sosial şəbəkə hesabında dərc edilən bəyanatda deyilir.
"Vəziyyətin qiymətləndirilməsinə və siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, bu gün səhərdən etibarən yerli taktiki atəşkəs təhlükəli döyüş bölgəsi olan Qəzza şəhəri ərazisinə şamil edilməyəcək", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, avqustun 20-də İsrail mediası müdafiə naziri İsrael Katsın Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatını təsdiqlədiyini yazıb. Bu məqsədlə ehtiyatda olan 60 minə yaxın hərbçiyə çağırış göndərilib.
Pərvanə Sultanova



