
“Moskva və Bakı ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üzərində işləyir”.
525.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Biz hökumətlərarası komissiyanın iclasını keçirdik və iqtisadi sahədə hər iki tərəf əməkdaşlığın inkişaf etdiyini bildirdi. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir", - o deyib.
Overçuk əlavə edib ki, tərəflər münasibətləri yaxşılaşdırmaq üçün çalışırlar.
Pərvanə Sultanova



