
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyevlə görüşüb.
525.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
O vurğulayıb ki, tərəflər səmərəli müzakirələr aparıblar:
“İkitərəfli münasibətləri əhatə edən geniş spektrli məsələləri müzakirə etdik. Dəstək və humanitar yardımın növbəti partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün təşəkkür edirik. Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş birgə fəaliyyətlər və sonrakı addımlar haqqında razılıq əldə olunub”, - səfir yazıb.
Pərvanə Sultanova



