
“Delimitasiya komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan nümayəndə heyətləri Sünik və Zəngilana səfər ediblər”.
525.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
"İki ölkənin nümayəndə heyətləri sərhədyanı ərazilərə - Sünik rayonunun cənub hissələrinə və Zəngilan rayonuna səfər ediblər", - açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl yayılan rəsmi mlumatda vurğulanıb ki, sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Pərvanə Sultanova



