
Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 7 dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
Qeyd edək ki, Sındırğı rayonunda son bir ayda ardıcıl yeraltı təkanlar qeydə alınır. Avqustun 10-da eyni ərazidə 6.1, avqustun 13-də 4.2 və 3.5, avqustun 28-də 4.2, sentyabrın 2-də 4, sentyabrın 8-də isə 4.5 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov



