https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
https://525.az/img/pics/medium/2026-06/395923_5ndg67b1s4.jpg İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Futbolun yaratdığı hekayə - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/395710_l636s74epr.jpg Əli Kərimlə bağlı doğma xatirələr - II hissə
search
30 İyun 2026

Ağlasığmaz təklif

Ağlasığmaz təklif

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bavariya”nın hücumçusu Harri Keynə illik 100 milyon avro məvacibli nəhəng müqavilə təklif edib. 

525.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, səudiyyəlilər “Bavariya” və İngiltərə millisinin hücumçusu ilə ümumi dəyəri 300 milyon avro olan üçillik müqavilə imzalamağa hazırdır.

Əvvəllər 32 yaşlı hücumçu 2023-cü ildə Yaxın Şərq klublarının təkliflərini rədd etmişdi, lakin ingilis futbolçu növbəti yay bu təklifi nəzərdən keçirə bilər.

Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib. O vaxtdan bəri bütün turnirlərdə 106 oyuna çıxaraq 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Keynin hazırkı bazat dəyəri 75 milyon avrodur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.