Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən gün Xaçmaz şəhərinin Firodvsi küçəsində müvəqqəti qeydiyyatda olan 1978-ci il təvəllüdlü Quba rayonunun Amsar kənd sakini Mehman Müslümov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Müslümova Məruzə Abuzər qızını bıçaqlayıb. O, Xaçmaz Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M.Müslümovanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.