Azərbaycanın tanınmış mügənnisi Yaqub Zürufçu Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində xeyriyyə konserti ilə çıxış edib.
Məşhur vokalistin 525.az-a verdiyi məlumata görə, konsert zamanı yığılan məbləğin iki ay öncə Təbriz zəlzələsi zamanı zərər çəkənlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına sərf olunacaq. Azərbaycanın tanınmış qarmon ifaçısı Aftandil İsrafilov və digər məşhurlarla eyni səhnəni bölüşən Yaqub Zürufçu konsert zamanı yığılan təxminən 12 min ABŞ dolları məbləğində vəsaitin artıq zəlzələdən zərərçəkənlərə xərcləndiyini deyib. Məşhur müğənni bu tipli xeyriyyə konsertlərinin yaxın gələcəkdə digər xarici ölkələrdə-İngiltərədə, Niderlandda və Norveçdə də təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.
S.MÜRVƏTQIZI