
Şamil Əliyevin “Yaradanlar-2” bədii-sənədli filmi XXIV Dəkkə Beynəlxalq Film Festivalının Dünya Kinosu Bölməsində müsabiqəyə qatılacaq.
525.az xəbər verir ki, festival 2026-cı il yanvarın 10-18 aralığında Banqladeşin Dəkkə şəhərində keçiriləcəkdir.
Film dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılıq fonunda 20-ci əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdikdən sonra ziyalıları repressiyalardan qoruyaraq onların yaşayıb-yaratması üçün qayğılarından bəhs edir.
“Yaradanlar - 2” filmi “Salnamə” studiyası və Nurfilm Prodüser Mərkəzində 2024-ci ildə istehsal olunub. Filmin quruluşçu-rejissoru Şamil Əliyev, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur və Şamil Əliyevdir.







