Bakı Apellyasiya Məhkəməsində İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının dələduzluqda təqsirləndirilən sədri, hüquq müdafiəçisi Rasim Əlizadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, prosesdə R. Əlizadə barəsində olan hökm ləğv edilib və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, R. Əlizadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan R. Əlizadə apellyasiya şikayəti verib.