
Avropa İttifaqı Venesuela ətrafındakı vəziyyətdə təmkinli olmağa çağırır.
525.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkədəki vəziyyəti diqqətlə izləyir.
“Dövlət katibi Marko Rubio və Aİ-nin Karakasdakı səfiri ilə danışdım. Aİ dəfələrlə Maduronun legitimliyinin olmadığını vurğulayıb. Beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə hörmət edilməlidir və biz təmkinli olmağa çağırırıq”, - Kallas söyləyib.
Pərvanə Sultanova



