
Yanvarın 2-dən etibarən Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərindən Syudad-de-la-Pasa
köçürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Teodoro Obianq Nqema Mbasoqo müvafiq sənədi imzalayıb.
Paytaxtın köçürülməsinə səbəb Bioko adasında yerləşən Malabonun əhalisinin çoxalması və materikdəki Syudad-de-la-Pasın daha təhlükəsiz olmasıdır.
Yeni paytaxt həmçinin, coğrafi cəhətdən də münasib yerdədir və buradan ölkənin digər regionlarına rahat nəqliyyat dəhlizi var.
Qeyd edək ki, 28 kv.km-dən bir qədər çox ərazisi olan Ekvatorial Qvineyanın 1,4 milyon əhalisi var. Syudad-de-la-Pas isə gənc şəhərdir, əsası 2011-ci ildə səhra və cəngəllik ərazilərdə qoyulub.
L.Tağıyeva



