|
|
|
|

İndoneziyada Qərbi Yava əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 53-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə axtarış-xilasetmə rəsmisi Ade Dian bildirib.
O qeyd edib ki, Qərbi Bandunq bölgəsində günlərlə davam edən güclü yağışlardan sonra 24 yanvar tarixində və ondan sonra baş verən sürüşmələrdə 53 nəfər ölüb ki, onlardan 38-nin şəxsiyyəti müəyyən edilib.
Ade Dian vurğulayıb ki, bu gün səhər saatlarından bəri Cisarua və ətrafında davam edən yağışlar axtarış işlərinə mane olur.
Sürüşmənin təsir etdiyi ərazilərdən təxminən 230 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.
İbrahim Cəfərov



