|
|
|
|

Nigerin paytaxtı Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanı yaxınlığında silah səsləri və şiddətli partlayışlar eşidilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı yaxınlığında çəkilən və sosial mediada paylaşılan görüntülərdə yol kənarında çoxsaylı nəqliyyat vasitələrinin yandığı, həmçinin silah səslərinin eşidildiyi görünür.
Səbəbi hələ də məlum olmayan partlayışlar səbəbindən Əlcəzairdən Niamey istiqamətində hərəkət edən sərnişin təyyarəsi Burkina Fasoda eniş etmək məcburiyyətində qalıb.
Yerli mənbələr vəziyyətin nəzarət altında olduğunu bildiriblər, lakin hökumət tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Partlayışların hava limanında yerləşdirilən hava hücumundan müdafiə sisteminin mümkün dron təhlükəsinə cavab olaraq işə salınması zamanı baş verdiyi güman edilir.
Niameydən təxminən 10 kilometr məsafədə yerləşən hava limanı, mühüm hava bazasına ev sahibliyi etdiyi üçün strateji hərbi mərkəzdir.
Hava limanında həmçinin Sahel Dövlətləri Alyansı (Niger, Mali və Burkina Fasodan ibarət) tərəfindən terrorizmə qarşı mübarizə məqsədilə yaradılmış birgə hərbi qüvvələrin qərargahı yerləşir.
İbrahim Cəfərov



