
"Ötən əsrin 50-ci illərindən sonra ölkəmizdə ilk dəfədir ki, milli fortepiano dərsliyi hazırlanır”.
525.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyasında deyib.
Onun sözlərinə görə, ilk dəfədir ki, musiqi məktəbləri üçün milli fortepiano dərsliyi hazırlanır. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan dərslik fevral ayında pilot layihə çərçivəsində məktəblərə paylanacaq.
ŞAHANƏ



