|
|
|
|

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-də yerləşən “Gulfstream Aerospace” şirkətinə məxsus təyyarələri sertifikatlaşdırmadığı üçün Kanada istehsalı bütün təyyarələrin sertifikatını ləğv etdiyini bildirib.
525.az xəbər verir ki, Tramp sosial media hesabında verdiyi açıqlamada Kanadanın “Gulfstream 500, 600, 700 və 800” təyyarələrini sertifikatlaşdırmaqdan imtina etməsinə reaksiya verib.
ABŞ prezidenti “Kanadanın Gulfstream 500, 600, 700 və 800 təyyarələrini sertifikatlaşdırmaqdan ədalətsiz, qanunsuz və qətiyyətlə imtina etdiyinə əsaslanaraq, “Bombardier Global Express” və bütün Kanada istehsalı olan təyyarələri “Gulfstream” tam sertifikatlaşdırılana qədər sertifikatlaşdırılmamış hesab edirik” - deyə bildirib.
Qeyd edək ki, Tramp Kanadanın sertifikatlaşdırma prosesi vasitəsilə “Gulfstream”məhsullarının satışını faktiki olaraq əngəllədiyini söyləyib.
L.Tağıyeva



