https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. O, eyni zamanda Benfika Akademiyasının yetirməsidir.

Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitória” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.

Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.