https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Çiro İmmobilenin yeni klubu açıqlandı

Çiro İmmobilenin yeni klubu açıqlandı

İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlli olub.

525.az xəbər verir ki, "Paris" 35 yaşlı hücumçunun transferini açıqlayıb.

Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.  İmmobile Fransada 36 nömrəli formanı geyinəcək.

İtaliyalı gücumçunun son klubu "Bolonya" olub və orada cəmi 9 oyun keçirib.

Təcrübəli hücumçu "Yuventus", "Beşiktaş", "Cenoa", "Torino", "Borussiya", "Sevilya", "Siena", "Sorrento", "Qrosseto", "Bolonya" və "Latsio" klubunda oynayıb. İmmobile həmçinin İtaliya millisində 57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropa çempionu olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.