https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Ulduz futbolçu irqçiliyə görə klubu tərk etdi

Ulduz futbolçu irqçiliyə görə klubu tərk etdi

Fransalı futbolçu Allan Sent-Maksimen Meksikanın "Amerika" klubu ilə yollarını ayırıb.

525.az xəbər verir ki, "Nyukasl"ın sabiq oyunçusu bu qərarı ailəsinin irqçi hücumlara məruz qalması səbəbindən verib. Futbolçu sosial şəbəkə hesabında hadisə ilə bağlı çox sərt bəyanat yayıb:

"Problem dərinin rəngində deyil, düşüncələrin rəngindədir. Mənə qarşı hücumlar problem deyil, mən böyümüşəm və cavab verməyi öyrənmişəm. Lakin bir şeyi əsla qəbul etmərəm, o da uşaqlarıma qarşı aqressiyadır".

Futbolçu uşaqlarını hədəf alanlara xəbərdarlıq edib:

"Uşaqlarımı qorumaq mənim əsas vəzifəmdir. Onlara toxunmağa cürət edənlərə səslənirəm: siz böyük səhv etdiniz. Məni qorxuda biləcək heç bir insan və ya təhdid yoxdur. Bu dünyada qorxduğum yeganə varlıq Allahdır".

Qeyd edək ki, vinger "Amerika"ya 2025-ci ilin yayında qoşulmuşdu. O, Meksika klubunun heyətində keçirdiyi 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.