https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

200-cü “qol silahı”

200-cü “qol silahı”

İqor Ribeyro “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.

525.az xəbər verir ki, braziliyalı müdafiəçi Misli Premyer Liqasının 18-ci turunda fərqlənib. O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.

“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.