https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Orxan Səfərov millimizin məşqçisi təyin edildi

Orxan Səfərov millimizin məşqçisi  təyin edildi

Cüdo üzrə milli komandaların məşqçi heyəti gücləndirilib

525.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin edilib.

Hər iki mütəxəssis aktiv idmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını (IJF Academy) uğurla tamamlayıb.

Orxan Səfərov həmçinin Yaponiyanın Tokai Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hal-hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır.

Tərlan Kərimov ölkədə idmanın təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan Cüdo Federasiyasının ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.

Qeyd edək ki, hər iki məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.