|
|
|
|

Bu gün günorta saatlarında Rusiyanın Orenburq bölgəsində Diamond təlim təyyarəsi qəzaya uğrayıb.
525.az Rusiya mediasına istinadən xəbər verir ki, təyyarə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinə məxsus olub. Qəza nəticəsində təyyarədə olan bir təlimçi və iki kadet həlak olub.
“Hazırda ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır”- deyə məlumatda qeyd olunub.
Təyyarə qəzasının səbəbləri hələ müəyyən edilməyib. Hadisə ilə bağlı istintaq araşdırması davam edir.
ŞAHANƏ



