|
|
|
|

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin 1975-ci il konstitusiyasında dəyişiklik edilməsi prosesinə başladığını açıqlayıb.
525.az xəbər verir ki, Mitsotakis video mesajında Yunanıstanın bu gün konstitusiya dəyişiklikləri ilə bağlı ictimai dialoqa başladığını elan edib. Baş nazir olmaqla yanaşı, həm də hakim Yeni Demokratiya Partiyasının lideri olduğunu xatırladan Mitsotakis əvvəlcə partiyanın parlament qrupundan mart ayına qədər konstitusiya dəyişiklikləri ilə bağlı fikirlərini təqdim etmələrini istəyib.
Digər partiyalardan və bütün vətəndaşlardan konstitusiya dəyişiklikləri ilə bağlı təkliflər gözlədiyini bildirən Mitsotakis: "Niyyətimiz cəsarətli bir konstitusiya dəyişikliyidir", - deyib.
Məhəmməd Tağıyev



