|
|
|
|

Dağıstanda 10 uşaq dəm qazından zəhərlənib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə 112 xidməti sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə dünən Paraul qəsəbəsindəki şəxsi uşaq bağçalarının birində baş verib.
Dağıstan səhiyyə naziri Yaroslav Qlazovun verdiyi məlumata görə, 2-8 yaşlarında olan 10 uşaq xəstəxanaya yerləşdirilib. Körpələrin vəziyyəti orta ağırdır.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
L.Tağıyeva



