|
|
|
|

Yaponiya demək olar ki, qar səbəbindən həyat iflic olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə davam edən şiddətli qar səbəbindən ölənlərin sayı 30-a çatıb.
Bu barədə Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (FDMA) məlumat yayıb. Bildirilib ki, 20 yanvardan etibarən Yapon dənizi boyunca yerləşən bölgələrə təsir edən qar nəticəsində ölənlərin sayı 30-a yüksəlib.
Vurğulanıb ki, ölümlərin əksəriyyəti Niigata, Akita və Aomori bölgələrində baş verib və bu, əsasən damlardan qarın düşməsi və ya qar təmizləmə əməliyyatları zamanı baş verən qəzalar səbəbindən yaşanıb. Qeyd edilib ki, xüsusilə Aomori bölgəsində bəzi kənd yerlərində qarın hündürlüyü 4,5 metri keçib.
Təsirə məruz qalan ərazilərdə vəziyyətin davam edən ağırlığı səbəbindən Yaponiyanın Baş naziri Sanae Takaiçi təcili iclas keçirib. Takaiçi daha çox insan itkisi və qəzaların qarşısını almaq üçün bütün resursların səfərbər edilməsi ilə bağlı göstəriş verib.
İbrahim Cəfərov



