|
|
|
|

Elon Mask ABŞ-da yeni vətəndaş müharibəsinin başladığı barədə açıqlama ilə razılaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı milyarder ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin hərəkətlərinə qarşı etirazlar fonunda "Vətəndaş Müharibəsi 2.0"ın başlanması haqqında başqa bir sosial media istifadəçisi X-in paylaşımına "Görünür, elədir", - deyə şərh yazıb. Onun bu şərhi qısa zamanda böyük narahatlıqlara səbəb olub.
Xatırladaq ki, ABŞ-da ICE agentlərinin qanunsuz miqrantları müəyyən etmək və deportasiya etmək səyləri kütləvi etirazlar yaratmışdı. Ötən ay Minneapolisdə ICE zabitinin əməliyyat zamanı bir qadını güllələyərək öldürməsi, iki həftə sonra isə başqa bir nəfərin güllələnməsi həm bu şəhərdə, həm də Amerikanın digər böyük şəhərlərində vəziyyəti daha da gərginləşdirib.
Şahanə Müşfiq



