|
|
|
|

Belçika höküməti Estoniyada icarəyə həbsxana götürməyi planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb miqrant-cinayətkarların sayının artması və bu üzdən ölkə həbsxanalarında yer çatışmazlığının yaranmasıdır.
Belçikanın ədliyyə naziri Anneli Verlinden vəziyyətə tanış olmaq üçün bu həftə Estoniyaya gedəcək. Nazir bundan əvvəl Albaniya və Kosovaya səfər edib və oradakı həbsxanaların vəziyyəti ilə maraqlanıb.
Ədliyyə nazirliyinin bildirdiyinə görə, adıçəkilən 3 ölkədə məhbusların saxlanmasına ciddi riayət olunur və bu, miqrant-cinayıtkarların hüquqlarının pozulmaması üçün vacibdir.
Qeyd edək ki, ötən il İsveç Estoniyanın Tartu şəhərində 600 yerlik həbsxana yeri icarəyə götürüb. Maraq üçün bildirək ki, bir məhbusun aylıq xərci 8,5 min avro təşkil edir.
L.Tağıyeva



