|
|
|
|

Ermənistan parlamentinin sədri Alen Simonyan 5-6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Simonyan yerli mediaya müsahibəsində bildirib.
O, səfərin Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacağını xatırladıb.
"Təbii ki, Matviyenko ilə görüşəcəyəm və Rusiya xarici işlər naziri ilə də görüş planlaşdırılır. Digər görüşlər də mümkündür", - Simonyan deyib.
Müzakirə olunacaq mövzulardan danışan parlament sədri qeyd edib ki, yanvarın 23-də rusiyalı həmkarı ilə sonuncu telefon danışığı zamanı iki ölkənin regionları səviyyəsində razılaşdırılmış, lakin hələ imzalanmamış sənədlərlə bağlı məsələlərə toxunublar.
"Bu məsələlər, Ermənistan-Rusiya münasibətləri və mövcud problemlər müzakirə olunacaq. Həmçinin Rusiya Federasiyasında Ermənistan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı məsələ də diqqətdə olacaq”, - o söyləyib.
Pərvanə Sultanova



