|
|
|
|

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin böyük oğlu Seyf əl-İslam Qəddafi öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, evində silahlı hücum nəticəsində həyatını itirib.
Qəddafi ailəsinə yaxın mənbə, Seyf əl-İslam Qəddafinin Liviyanın qərbindəki Zintan şəhəri yaxınlığında 4 nəfər tərəfindən öldürüldüyünü təsdiqləyib. Mənbə həmçinin bildirib ki, Saif əl-İslamı öz bağında yaralayan cinayətkarlar sürətlə ərazidən uzaqlaşıblar.
Liviyanın rəsmi xəbər agentliyi LANA-nın məlumatına görə, Seyfülislam Qəddafinin müşaviri və siyasi komandasının rəhbəri Abdullah Osman da Seyfülislamın ölümünü təsdiqləyib.
Qeyd edək ki, son zamanlar 53 yaşlı Seyf əl-İslamın atasının yerinə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Beynəlxalq Cinayət Məhkəməsi 2011-ci ilin iyununda oğul Qəddafinin barəsində həbs qərarı çıxarıb və o, atasının öldürülməsindən sonra 2011-ci ilin noyabrında Ubaridə həbs edilib. 2015-ci ildə mühakimə olunub və edam cəzasına məhkum edilib, lakin sonradan 2017-ci ildə azadlığa çıxıb.
Xatırladaq ki, Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə Liviyanın Sirte şəhərində müxalifət silahlı qüvvələri tərəfindən öldürülüb.
İbrahim Cəfərov



