|
|
|
|

“Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin videokonfrans vasitəsilə təxminən bir saat yarım danışıblar və xüsusilə İran ətrafındakı gərgin vəziyyəti müzakirə ediblər”.
525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Liderlər cari il üçün Rusiya-Çin münasibətlərinin inkişafı planlarını, ən aktual beynəlxalq məsələləri ətraflı müzakirə ediblər. İran ətrafındakı gərgin vəziyyətə xüsusi diqqət yetirilib. Putin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniylə görüşü barədə məlumat verib.
Bundan əlavə, iki lider Venesuela və Kuba ətrafındakı vəziyyətə toxunub, Putin və Si Cinpin ölkələrimizin Karakas və Havana ilə inkişaf etdirdiyi əməkdaşlıq səviyyəsinin qorunmasını dəstəklədiklərini bildiriblər", - Uşakov söyləyib.
Əlavə edib ki, Asiya-Sakit Okean regionundakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb, Çin Sədri Pekin ilə Tokio arasındakı münasibətlərdən danışıb. Rusiya tərəfi Çinin Tayvanla bağlı prinsipial mövqeyini - vahid Çin prinsipini dəstəklədiyini bir daha açıqlayıb.
Uşakov qeyd edib ki, bu cür təmaslar son illərdə dövlət başçıları arasında ünsiyyətin yaxşı qurulmuş ənənəsinə çevrilib və bu, artıq altıncı belə söhbətdir.
Pərvanə Sultanova



