|
|
|
|

Fransada orta məktəbdə dəhşətli hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda Alpes-Kot d'Azur bölgəsindəki Sanary-sur-Mer şəhərindəki La Guicharde orta məktəbində 14 yaşlı şagird 60 yaşlı rəsm müəlliminə çoxsaylı bıçaq zərbələri endirib.
Polisdən bildirilib ki, müəlliminə ən azı üç bıçaq zərbəsi vuran şagird, adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb. Qeyri-rəsmi məlumata görə, son vaxtlar müəllimlə şagird arasında gərginlik olub.
Fransanın təhsil naziri Edouard Geffray hadisənin baş verdiyi məktəbə gəlib.
Həmçinin Fransa Prezidenti Emmanuel Makronun müəllimin səhhəti ilə bağlı mütəmadi olaraq məlumatlandırıldığı qeyd edilib.
İbrahim Cəfərov



