|
|
|
|

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən iki tankerə qarşı əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər ki, Farisi adasında həyata keçirilən reyd zamanı 1 milyon litrdən çox qaçaq yanacaq ələ keçirilib, gəmidə olan 15 əcnəbi ekipaj üzvü saxlanılıb.
İran dövlət televiziyasına danışan SEPAH Hərbi Dəniz Qüvvələrinin 2-ci Bölgəsinin komandanı Heydər Honarian Mojarred əməliyyatın həyata keçirildiyini təsdiqləyib. O, qaçaqmalçılıqla mübarizə çərçivəsində bölgədə yoxlamaların artırıldığını vurğulayıb.
Ələ keçirilən tankerlərin bayrağı və ekipajın milliyyəti ilə bağlı heç bir məlumat verilməsə də, saxlanılan 15 nəfərin məhkəmə məhkəmə orqanlarına sövq edildiyi qeyd olunub.
İbrahim Cəfərov



